"Kasıb yeməyi”:  Dietoloq səhər yeməyində sendviçi tənqid etdi
20 sentyabr 2025 12:29 (UTC +04:00)

"Kasıb yeməyi”: Dietoloq səhər yeməyində sendviçi tənqid etdi

0

Səhərlər işə tələsən insanların əksəriyyəti tez bir sendviç kolbasa və pendirlə hazırlanmış çörək dilimini yeyir. Dietoloq Anton Polyakov isə bu vərdişin əleyhinədir. Onun sözlərinə görə, bu cür qidaları rasiondan çıxarmaq həyatın keyfiyyətini və uzunömürlülüyü yaxşılaşdırmaq üçün vacibdir.

Lent.az dietoloqun bu fikrini təqdim edir:

“Bədənə ucuz material verməklə möhkəm ev tikmək olmaz”

Endokrinoloq həkim belə bir sual verir:

“Əgər özümüzə açıq-aşkar keyfiyyətsiz tikinti materialları ‘atırıqsa’, nəticədə hansı ev alınacaq"?

Orqanizmə sağlam, tamdəyərli qida verildikdə hüceyrələr tez yenilənir,

Reseptorlar düzgün işləyir,

Hormonlar vaxtında sintez olunur.

Əks halda, bədənin “bir divarı möhkəm, digəri isə zəif” olacaq. Həkimin sözlərinə görə, hisə verilmiş məhsullar üçün “təhlükəsiz norma” mövcud deyil, çünki bu məhsullar əsl ət deyil.

Qidalanma uzunömürlülüyə investisiya kimi

“Sizə maraqlı olan ömür uzunluğu nədir, həyat keyfiyyəti nədir qidalanmanı da bundan çıxış edərək planlaşdırmaq lazımdır. Kolbasalar, pendirlər, bütün bu yarımfabrikatlar əslində kasıblar üçün yaradılmış qidadır. Bu, sağlam qidalanma deyil, bu, həyat üçün deyil və normal reproduktiv fəaliyyəti dəstəkləmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar