"Arsenal"ın 15 yaşlı yarımmüdafiəçisi Çempionlar Liqası tarixində ən gənc oyunçu  oldu
05 noyabr 2025 19:46 (UTC +04:00)

"Arsenal"ın 15 yaşlı yarımmüdafiəçisi Çempionlar Liqası tarixində ən gənc oyunçu oldu

0

"Arsenal"ın yarımmüdafiəçisi Maks Duman Çempionlar Liqası tarixində ən gənc oyunçu olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, London klubunun akademiyasında yetişən futbolçu, turnirin ümumi mərhələsinin 4-cü turunda "Slaviya Praqa"ya qarşı səfər oyununun (3-0) 72-ci dəqiqəsində Leandro Trossardı əvəzləyərək meydana daxil olub.

Douman debüt edərkən 15 yaş 308 günlük olub. Bu, 2020-ci ilin dekabr ayında “Zenit” üzərində 2-1 hesablı qələbə qazandıqları oyunda 16 yaş 18 günlük debüt edən Almaniyanın “Borussiya” Dortmund komandasının hücumçusu Yussufa Mukokonun rekordunu qırıb.

Douman 2009-cu il dekabrın 31-də anadan olub və 2015-ci ildə “Arsenal” akademiyasına qoşulub. Ötən mövsüm Douman UEFA Gənclər Liqasında debüt edib və 14 yaş, 8 ay və 19 günlüyündə qol vuraraq klubun ən gənc qol vuran oyunçusu olub.

Douman avqustun 23-də 15 yaş 235 günlüyündə “Arsenal”ın heyətində Premyer Liqada debüt edib və 2022-ci ilin sentyabr ayında 15 yaş 181 günlüyündə debüt edən komanda yoldaşı Etan Nvanveridən sonra turnirin tarixində ikinci ən gənc oyunçu olub. Douman “Arsenal”ın əsas komandasında beş oyun keçirib və qol vurmayıb.

"Arsenal" Çempionlar Liqasının ümumi turnir cədvəlində ikinci yerdədir və əlavə göstəricilər hesabına lider "Bavariya”dan geri qalır. Komandalar noyabrın 26-da Münhendə bir-biri ilə qarşılaşacaqlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar