Şəhidlər Xiyabanında  qeyri-etik video çəkən ərəblərin   məhkəməsi başlayır
05 noyabr 2025 14:40 (UTC +04:00)

Şəhidlər Xiyabanında qeyri-etik video çəkən ərəblərin məhkəməsi başlayır

0

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar