ChatGPT-də yeni məhdudiyyət - Səhiyyə və hüquqi məsləhət verə bilməyəcək
05 noyabr 2025 03:03 (UTC +04:00)

ChatGPT-də yeni məhdudiyyət - Səhiyyə və hüquqi məsləhət verə bilməyəcək

0

ChatGPT tətbiqi üçün tətbiq olunan yeni qaydalara əsasən istifadəçilər artıq tibbi, hüquqi və ya maliyyə məsələləri ilə bağlı birbaşa məsləhət ala bilməyəcəklər.

Lent.az xəbər verir ki, 29 oktyabrda qüvvəyə minən qaydaya görə ChatGPT artıq "məsləhətçi" deyil, "təhsil vasitəsi" kimi istifadə olunacaq.

İndi ChatGPT yalnız ümumi prinsipləri izah edəcək, nümunə mexanizmləri təqdim edəcək və istifadəçiləri həkimlərə, vəkillərə və ya maliyyə məsləhətçilərinə yönləndirəcək.

Yeni qaydalara əsasən ChatGPT dərman adları və ya dozaları verilə bilməz, məhkəmə iddiaları hazırlaya bilməz və investisiya məsləhətləri verilə bilməz.

OpenAI tərəfindən görülən tədbirlər yalnız sağlamlıqla məhdudlaşmır.

Psixoloji dəstək və ya terapiya məqsədləri üçün də ChatGPT-dən istifadənin təhlükəli ola biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar