Kino cameəsi Coşqun Rəhimovu  tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."
04 noyabr 2025 17:08 (UTC +04:00)

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

0

Son günlər Əməkdar artist Coşqun Rəhimovun “Çarli Çaplin, Rouan Atkinson, Lüi de Fünes aktyor deyil” açıqlaması birmənalı qarşılanmayıb. Onun bu fikri həm tamaşaçılar, həm də kino mütəxəssisləri arasında ciddi müzakirələrə səbəb olub. 

Lent.az məsələyə aydınlıq gətirmək üçün tanınmış rejissor, kinoşünas və aktyorların bu mövzuya münasibətini təqdim edir.

Xalq artisti Şeyx Əbdül Mahmudov

Şeyx Əbdül: "Məktəb direktoru qadın ola bilməz"

“Ördək suya baş vurur, ona güllə atılanda çaşıb arxası üstə batır. Bu gün onlar da çaşıblar. Nəzarətsizlik, məsuliyyətsizlik, özbaşınalıq var. İntellekt, sənət, mədəniyyət yoxdur. Cavan uşaqdılar, öz tamaşaçılarının səviyyəsizliyindən istifadə edib ağızlarına gələni danışırlar, özlərinə karyera qururlar. Zamanı, dövrü, oyun tərzi fərqli olan bir şeyi müqayisə etmək gülüncdür. Ona görə də, onlara demək istəyirəm ki, öz işinizlə məşğul olun, çox zilə çıxmayın”.

Kinorejissor Ayaz Salayev

“Bu haqda eşidəndə qulaqlarıma, müsahibəni oxuyanda gözlərimə inanmadım. Yer kürəsində 7 milyard insan var, Coşqun Rəhimov yeganə adamdır ki, bu fikiri səsləndirib. Çarli Çaplin dahidir, onun kimi adamlar  min ildə bir doğulur. Lui de Fünes çox görkəmli aktyordur, Rouen Atkinson isə istedadlı bir adamdır. Yenə də deyirəm, baxdım və gözlərimə inanmadım”. 

Kinoşünas Sevda Sultanova

Mədəniyyət nazirini ittiham etmək ədalətsizlikdir - Sevda Sultanova

“Bütün aktyorların universal, hərtərəfli olmaq potensialı yoxdur. Coşqun Rəhimov, əsasən haqlıdı, o mənada ki, Lui  de Fünesin, Atkinsonun, Çaplinin aktyorluq potensialı böyük deyil. Hərçənd Çaplin bir rejissor kimi səssiz kinoda mövzuları, sosial-siyasi vurğuları, avara obrazı ilə yeni cığır açdı. Amma həm o, həm  Rouen Atkinson, Lüi de Fünes aktyor kimi birqatlıdırlar, oynadığı xarakterlər eynidir. Daha çox özlərini bir janrda sınayıblar. Düşünürəm ki, fakturaları da onlara müxtəlif intonasiyalı xarakterlər oynamağa mane olub. Amma təbii ki, hər üçü populyar aktyorlardır”.

Xalq artisti Hacı İsmayılov

Bir dəfə də olsa, lotereya almaq lazımdır” - Xalq artisti Hacı İsmayılovla  MÜSAHİBƏ

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Çarli Çaplin yeganə aktyordur ki, bütün dünya onu sevir. Onu tanımamaq, sevməmək mümkün deyil. Çaplin dünyanın 1 nömrəli aktyorudur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3120

Oxşar yazılar