Kenan İmirzalıoğludan yeni investisiya  planları - Sərvətini artırır
04 noyabr 2025 17:52 (UTC +04:00)

Kenan İmirzalıoğludan yeni investisiya planları - Sərvətini artırır

0

Türkiyənin məşhur aktyoru Kenan İmirzalıoğlu sərvətini daşınmaz əmlaka yönəltməyə davam edir.

Lent.az yerli mediaya istinadən məlumat verir ki, məşhur aktyorun xüsusilə Balat və Tarlabaşı bölgələrində çoxsaylı mülkə sahib olduğu, indi isə sərmayə ünvanını Trakya bölgəsinə çevirdiyi bildirilir.

Məlumata görə, İmirzalıoğlu Selimiye, Tekirdağ və Çerkezköydə geniş torpaq sahələri alıb və bu ərazilərdə uzunmüddətli layihələr üzərində çalışır. Sektor nümayəndələri onun “riskdən uzaq, lakin gəlir yönümlü” bir strategiya seçdiyini vurğulayır.

Qeyd edək ki, hazırda ATV-də yayımlanması planlaşdırılan “Ailə Bir İmtihandır” serialının çəkilişləri davam edir. Baş rollarda Kenan İmirzalıoğlu və Afra Saraçoğlu yer alır. İddialara görə, aktyor layihədə hər bölüm üçün 4 milyon 250 min lirə (170 min manat) qazanacaq.

İmirzalıoğlunun daşınmaz əmlak yatırımları sosial mediada da geniş müzakirələrə səbəb olub. İstifadəçilər aktyorun maliyyə addımlarını “ağıllı sərmayə strategiyası” kimi qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar