Ağdam rayonunda ailə-məişət müstəvisində tükürpədici hadisə baş verib.
Lent.az xəbər verir ki, rayon sakini Elşən Kazımov (ad və soyad şərtidir) həyat yoldaşı Səlimə Kazımova (ad və soyad şərtidir) ilə nikahdan iki övlad sahibi olub. Lakin bir müddət sonra Elşən uşaqların bioloji atası olub-olmamasından şübhələnib və bu məqsədlə bioloji identifikasiya (qohumluq) testi keçirilməsi üçün müraciət edib.
Aparılan testin nəticəsində Elşən Kazımovla uşaqlar arasında genetik uyğunluq aşkarlanmayıb. Nəticələrdən sonra Səlimə Kazımova da uşaqların Elşəndən olmadığını etiraf edib. Elşən boşanma üçün məhkəməyə müraciət edib. Bununla da cütlüyün ailə həyatı başa çatıb.
Daha sonra Elşən Kazımov atalığın ləğvi üçün məhkəməyə müraciət edib.
Məhkəmə prosesində danışan Elşənin qardaşının sözlərinə görə, sonra ailə üzvlərinə məlum olub ki, uşaqların əsl atası Səlimənin dayısı oğlu Elsevər Canməmmədovdur (Ad və soyad şərtidir). O, bu məlumatı özü də təsdiqləyib.
Lakin prosesdə ifadə verən Elsevər Canməmmədov iddiaları inkar edərək Səlimənin başqa şəxslərlə də münasibətinin olduğunu söyləyib. Öz növbəsində Səlimə Kazımova uşaqların atasının Elməddin adlı şəxs olduğunu etiraf edib.
Məsələ ilə bağlı Ağdam Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Elşən Kazımovun atalığı rəsmi şəkildə ləğv edilib.
Emin