Lənkəran sakini əməliyyatdan sonra ölüb.
Lent.az xəbər verir ki, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına qarında yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyat olunub, daha sonra ölüb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.