Ətlə bağlı şayiələrə  rəsmi CAVAB
22 oktyabr 2025 14:14 (UTC +04:00)

Ətlə bağlı şayiələrə rəsmi CAVAB

0

 "Ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir".

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. 

O qeyd edib ki, 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur. Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir. 

Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir. Həmçinin ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir. 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar