Əgər siz artıq öncədən təxmin olunan süjetlərdən yorulmusunuzsa və beyni maksimum işlədən hekayələr axtarırsınızsa, mistik seriallar ideal seçimdir. Müasir televiziya elə bir səviyyəyə çatıb ki, elmi fantastika ilə qeyri-adi, fövqəltəbii hadisələri ustalıqla birləşdirən əsl şah əsərlər təqdim edir.
Lent.az son illərin tamaşaçını son dəqiqəyədək gərginlikdə saxlayan beş təsirli serialı təqdim edir.
“Konstellasiya” (Constellation)
Bu psixoloji triller Apple TV+ platformasında yayımlanaraq tamaşaçını kosmik mistikanın ürküdücü dünyasına aparır.
Beynəlxalq Kosmik Stansiyada baş verən qəza sonrası Yerə qayıdan astronavt qadın həyatına dönəndə yaddaşının və reallığının bəzi hissələrinin köklü şəkildə dəyişdiyini görür. O, doğrudanmı öz həyatına qayıdıb, yoxsa özünə çox bənzəyən paralel reallığa düşüb?
Serial çoxalım kainatı və insanın öz hisslərinə olan güvənsizliyini ustalıqla işlədir, adi dramı elmi-mistik kabusa çevirir.
“Üç Cisim Problemi” (3 Body Problem)
"Netflix"in məşhur Liu Tsisinin trilogiyası əsasında hazırladığı epik elmi-fantastik saga. Dünyanın aparıcı alimləri arasında baş verən qəribə intiharlar cəmiyyəti silkələyir. İstintaqçılar və fiziklər səbəbi araşdırdıqca, Yer fizikasının qanunlarından kənara çıxan gizli bir təhlükə üzə çıxır.
Serial miqyasına görə heyran edir: həm yadplanetli mistikası, həm də insanlığın bilinməzlik qarşısında kimliyini sorğulayan fəlsəfi alt qatları ilə.
“Haradansa” (From)
“Lost” və “X-Files” sevərlərin zövqünə uyğun klassik misticizm – təcrid və gizli qanunlar üzərində qurulub. Amerika mərkəzində kiçik bir şəhərə daxil olanlar oradan çıxa bilmir. Gecələr isə küçələrə insan ovlayan qorxunc varlıqlar çıxır.
Serial daim suallar doğurur: bu məxluqlar haradan gəlir, insanlara şəhəri tərk etməyə nə mane olur və qəribə artefaktların rolu nədir? Hekayə ümid¬sizlik və təhlükə hissini ustalıqla qoruyur.
“Aşerlər Evini Süqutu” (The Fall of the House of Usher)
Mayk Flanagandan (“The Haunting of Hill House”) müasir qotik misticizm – Edgar Allan Po əsərləri əsasında. Güclü və qəddar Aşer ailəsinin farmasevtika imperiyası qaranlıq sirlər üzərində qurulub.
Nəsilin varisləri bir-birinə bağlı və müəmmalı şəraitdə ölməyə başlayanda, ailə başçısı bunun nəsildən-nəslə keçən mistik qisas olduğunu anlayır. Bu, mənəvi çürümə və ədalətin bərpası haqqında qaranlıq, üslublu və gərgin hekayədir.
“Arxiv 81” (Archive 81)
Eyni adlı məşhur podkast əsasında çəkilmiş Netflix mistik trilleri. Video lentaları restavrasiya edən Dən 90-cı illərdə sirli yaşayış kompleksində çəkilmiş zədələnmiş kasetləri bərpa etməli olur. Araşdırdıqca məlum olur ki, bu lentlərdə rejissor Melodi gizli kultu və onların ritualını araşdırıb.
Keçmişlə indi arasındakı sərhədlər silinməyə başlayır və Dən lentdəki mistik qüvvələrin hədəfinə çevrildiyini hiss edir. “Tapılmış lent” estetikasını və psixoloji paranoyanı sevənlər üçün ideal seçimdir.