Nikol Kidman və Kit Urban niyə boşandı?  - SƏBƏBLƏR
02 oktyabr 2025 15:25 (UTC +04:00)

Nikol Kidman və Kit Urban niyə boşandı? - SƏBƏBLƏR

0

Nikol Kidman və Kit Urbanın Hollivudda ən möhkəm evliliklərdən biri hesab olunan nikahı rəsmi olaraq başa çatıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, insayderlərin fikrincə, səbəb yaxınlığın çatışmazlığı və daimi səfərlərdir ki, zamanla onların münasibətlərini soyudub.

“Məsələ bundadır ki, Kit demək olar ki, heç vaxt Nikolu görmür: ya o çəkilişlərdədir, ya da Urban qastrol səfərindədir. Onların arasında böyük sevgi var idi, amma indi artıq onlar cütlük deyillər”, – mənbə açıqlama verib.

İnsayderlərin sözlərinə görə, məhz Urban boşanmanı başlayıb, çünki evlilikdə “xoşbəxt olmadığını” hiss edib.

Почему развелись Николь Кидман и Кит Урбан? Стала известна настоящая причина

Mənbələrin iddiasına görə, aktrisa ərinin etirafı ilə “təəccüblənib”. “Onlar arasında yaxınlıq yoxdur, sadəcə evliliyi rutin kimi davam etdirirdilər. Kit ona xoşbəxt olmadığını deməli idi”, – insayder əlavə edib.

Hazırda cütlük ayrı yaşayır. Urban Neşvildə ev alıb, Kidman isə 17 yaşlı Sande Rouz və 14 yaşlı Feyt Marqaret adlı qızları ilə 4 milyon dollarlıq malikanədə qalıb. Bu vaxt sənətçi High and Alive adlı dünya turunda iştirak edir.

Ötən yay Nikol film çəkilişləri üçün İngiltərəyə – “Praktik sehr 2” filminə yollanıb. O, Hampsteddə aylıq 65 min funt sterlinq ödədiyi dəbdəbəli malikanə kirayələyib. Bu addım ailənin nümunəvi hesab edildiyi doğma Avstraliyasında təəccüb doğurub.

Hələ iyul ayında Urban radioda müsahibəni qəfil dayandırmışdı – səbəb isə aparıcının Kidmanın yeni filmlərindəki açıq səhnələr barədə verdiyi sual olmuşdu. Elə həmin vaxt Kidman “İdeal cütlük” serialını təqdim edərkən açıq etiraf etmişdi:

“İdeal heç nə yoxdur. İdeal kimi təqdim edilən hər şey… bunu unudun”, – o bildirmişdi.

Qeyd edək ki, bu, aktrisanın ilk boşanması deyil. O, 1990–2001-ci illərdə Tom Kruza ərə gedib və birlikdə iki övladlığa götürdükləri uşağı böyüdüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar