Bu, həyatınızı xilas edə bilər:  Qanın laxtalanmasının  5 əlaməti
04 noyabr 2025 17:23 (UTC +04:00)

Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti

0

Sağlamlıq riskləri barədə məlumatlı olmaq və hansı əlamətlərə diqqət yetirməli olduğunuzu bilmək həyatınıza nəzarəti artırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bəzi əlamətlər o qədər zəif olur ki, insanlar onları çox vaxt hiss etmir və ya əhəmiyyət vermir. Lakin bu əlamətlər təhlükəli vəziyyətin, trombun yaranmasının erkən xəbərçisi ola bilər.

Bioastronavtika üzrə tədqiqatçı Kelli Cerardin sosial şəbəkələrdə paylaşdığı təcrübəsində bildirib ki, o, həyati təhlükə yaradan böyük trombu heç bir klassik əlamət olmadan keçirib. Xəstəlik yalnız o, tromb riskini bildiyinə görə əlavə müayinə tələb etdikdə aşkarlanıb. Məhz buna görə mütəxəssislər xəbərdarlıq edir ki, görünməz əlamətləri görməzlikdən gəlmək olmaz.

Tromb nədir?

Tromb qan trombositləri, zülallar və qan hüceyrələrinin birləşməsi nəticəsində yaranan jelə bənzər laxtadır. Orqanizmdə iki əsas qan dövranı sistemi var:

Arteriyalar qanı ürəkdən orqanlara aparır, venalar oksigensiz qanın ürəyə qayıtmasını təmin edir.

Tromb bu damarlarda fərqli səbəblərə görə əmələ gəlir. Ən çox rast gəlinən növlər:

Dərin ven trombozu (DVT) - əsasən ayaqlarda

Ağciyər emboliyası (PE) - trombun qoparaq ağciyərə düşməsi.

Niyə erkən aşkarlamaq vacibdir?

Dərin ven trombu qoparaq ağciyərə keçə və ağciyər emboliyasına səbəb ola bilər. Bu isə nəfəs probleminə, qan dövranının dayanmasına və həyat üçün ciddi təhlükəyə gətirib çıxarır.

Həkimlərin sözlərinə görə, vaxtında diaqnoz qoyulmasa, nəticələr çox ağır ola bilər, buna görə də risk qrupunda olan insanlar xüsusilə diqqətli olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar