Bakıda hamını aldadan ingilis dili müəllimi  saxlanıldı - VİDEO
04 noyabr 2025 11:49 (UTC +04:00)

Bakıda hamını aldadan ingilis dili müəllimi saxlanıldı - VİDEO

0

Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq edən şəxsi polis saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. 

O, təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1034

Oxşar yazılar