Britni Spirs "Instagram" hesabını sildi
04 noyabr 2025 06:33 (UTC +04:00)

Britni Spirs "Instagram" hesabını sildi

0

Tanınmış müğənni Britni Spirs bir sıra narahatedici paylaşımlardan sonra "Instagram" hesabını silib.

Lent.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.

Hesabını deaktiv etməzdən əvvəl sənətçi keçmiş əri Kevin Federlinin xatirə kitabını şərh edən bir neçə paylaşım edib. Oktyabr ayında nəşr olunan kitabda cütlüyün gərgin münasibətləri ətraflı təsvir olunub.

Federlinin kitabında Spirsin köməyə ehtiyacı olduğu qeyd edilib. O, ifaçının hamiləlik dövründə spirtli içki içdiyini və hətta uşaqları əmizdirərkən kokain istifadə etdiyini iddia edib.

Müğənni Federlinin ittihamlarını rədd edib. Spirs bildirib ki, keçmiş əri onun haqqında yalanlardan qazanc əldə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar