Bakıda parkda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən parkda tapılan kişi meyitinin Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Çingiz Ağalı oğlu Maşallayev olması müəyyən edilib.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.