Evə girib yaşlı ər-arvadı  baltaladı - Dəhşətli QƏTL
04 noyabr 2025 10:57 (UTC +04:00)

Evə girib yaşlı ər-arvadı baltaladı - Dəhşətli QƏTL

0

Rusiyada kişi evə basqın edərək yaşlı cütlüyü öldürüb.

Lent.az yerli mediaya isitnadla bildirir ki, hadisə Kamçatkanın Sosnovka qəsəbəsində, Mərkəzi küçədə qeydə alınıb. Noyabrın 4-nə keçən gecə 61 yaşlı yerli sakin yoldan keçənlərə balta ilə hücum edib.

Əvvəlcə o, bir neçə avtomobili zədələyib, sonra yaşayış evlərinə zorla girməyə cəhd edib. Hücum nəticəsində iki yerli sakin – yaşlı ər-arvad balta xəsarətlərindən ölüblər.

Cinayətin motivləri istintaqçılar tərəfindən araşdırılır, rəsmi açıqlama hələ yoxdur. Şübhəli saxlanılıb və xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Məlumata görə, o, saxlanılarkən müqavimət göstərdiyi üçün xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 794

Oxşar yazılar