Murat Bozdan ürək sızladan  sözlər - O, sizlərə əmanət
14 oktyabr 2025 17:25 (UTC +04:00)

Murat Bozdan ürək sızladan sözlər - O, sizlərə əmanət

0

Türkiyənin sevilən müğənnisi Murat Boz Malatya konsertindən sonra etdiyi paylaşım ilə izləyicilərini duyğulandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 45 yaşlı sənətçi Malatyada səhnəyə çıxışından sonra 1973-cü ildə eyni şəhərdə vəfat edən nənəsini yad edib.

Murat Boz paylaşımında nənəsinin bir fotoşəklini paylaşaraq bu sözləri yazıb: “Malatya… Dünən axşam sizinlə görüşmək, o coşğunu və sevgini hiss etmək təsvir olunmaz bir duyğu idi. Hər mahnıda, hər alqışda qəlbim bir az daha doldu. Amma Malatya mənim üçün sadəcə gözəl bir konsert şəhəri deyil…”

“O sizlərə əmanətdir”

Sənətçi duyğularını belə ifadə edib: “1973-cü ildə nənəm burada vəfat edib. Dünən səhnədə də dedim; o hələ də sizlərə əmanətdir. Siz nə vaxt gülsəniz, mən onun o anki gülüşünü hiss edirəm. Qəlbimin ən xüsusi yerində yeriniz var, Malatya. İyi ki varsınız”.

Murat Bozun bu sözləri sosial mediada böyük maraq doğurub və pərəstişkarlarının minlərlə dəstək və başsağlığı mesajı ilə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar