Zəngəzur dəhlizinin xəritəsi hazırlandı
14 oktyabr 2025 19:14 (UTC +04:00)

Zəngəzur dəhlizinin xəritəsi hazırlandı

1

“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb.

Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.

O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.

Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb.

Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 686

Oxşar yazılar