Natiq Cəfərli Əli Kərimlinin yalanını üzə çıxardı - FOTOFAKT
14 oktyabr 2025 19:30 (UTC +04:00)

Natiq Cəfərli Əli Kərimlinin yalanını üzə çıxardı - FOTOFAKT

0

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AXCP sədri Əli Kərimlinin yalanını üzə çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə N.Cəfərli sosial media hesabında paylaşım edib.

Belə ki, bu gün Əli Kərimlinin Praqada, Forum 2000 tədbirində videoçıxışı olub. AXCP sədri bununla bağlı görüntüləri feysbuk hesabında paylaşıb.

Əli Kərimli paylaşımlarında fotoşopla Çexiyanın sabiq prezidenti Pyotr Pavelin və Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilin də həmin tədbirdə iştirak etdiyi görüntüsünü yaradıb.

Natiq Cəfərli isə Əli Kərimlini bu paylaşımını manipulyasiya adlandırıb:

“Əli Kərimlinin cəmi 5 dəqiqəlik video-çıxışı oldu, yəni, video öncədən göndərilmişdi. İndi gördüm ki, hörmətli Əli bəy bu haqda foto-kollajla post yayıb. Fotolar vizual manipulyasiyadir. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti var idi – onlar dünən açılışda çıxış etdilər.

Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma dünənki tədbirdən fotolar qoyaraq, insanları çaşdırır”.

Əli Kərimlinin paylaşımı:

 

Natiq Cəfərlinin lentə aldığı fotolar:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar