Dünya şöhrətli aktyor və kinorejissor, gülüş ustası Çarli Çaplinin 1924-cü ildə çəkilmiş “Qızıl hərisliyi” adlı məşhur bir filmi var.
Filmdəki bir səhnə orta və yaşlı nəsil kinosevərlərin yaddaşında yaxşı qalıb. Çaplinin canlandırdığı qəhrəman o qədər aclıq çəkir ki, öz ayaqqabısını qazana atıb qaynadır və onu yeyir.
Bəs əslində aktyorun yediyi nə idi?
Lent.az bu barədə maraqlı bir faktı açıqlayır.
Çaplinin yediyi çəkmə əslində biyan bitkisinin köklərindən hazırlanmış lakritsa adlanan qara rəngli bir şirniyyat növüdür. Bu şirniyyatdan əsasən, Finlandiyada çox istifadə edilir. Filmin çəkilişləri zamanı lakritsadan hazırlanan şokolada çəkmə forması verilib və böyük aktyor bu “çəkməni” yeyib.
Həmin çəkmələr elə Finlandiyada hazırlanaraq, çəkiliş üçün Britaniyaya gətirilib.
Film bir neçə dubla çəkildiyi üçün Çaplin bir neçə çəkmə yeməli olur. Çəkilişlərdən sonra insulini həddən artıq yüksələn aktyor bir müddət xəstəxanada yatmalı olub. Həmin hadisədən sonra o, uzun müddət şokoladdan iyrənib.
Finlandiyada isə bu filmdən sonra dəbə düşən şokolad çəkmələri hələ də hazırlayıb satışa çıxarırlar.