Sabah bu ərazilərdə  qaz olmayacaq
20 oktyabr 2025 16:45 (UTC +04:00)

Sabah bu ərazilərdə qaz olmayacaq

0

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şosesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar