Ermənistanın keçmiş prezidentləri nə qədər pensiya  alır?
20 oktyabr 2025 12:17 (UTC +04:00)

Ermənistanın keçmiş prezidentləri nə qədər pensiya alır?

0

2025-ci ilin ilk 9 ayı ərzində Ermənistanın keçmiş prezidentlərinə pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən təxminən 31 milyon 450 min dram ayrılıb.

Lent.az Ermənistan xarici mediaya istinadla bildirir ki, hazırda üç keçmiş prezident təqaüd alır. Ermənistan Əmək və sosial məsələlər nazirliyinin məlumatına görə, onların hər biri aylıq 1 milyon 164 min 800 dram (təxminən 3 min dollar) pensiya alır.

Ehtimal etmək olar ki, 4-cü prezident Armen Sarkisyan istefa verdikdən sonra Ermənistana qayıtmadığı üçün təqaüdə çıxmaq üçün müraciət etməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 509

Oxşar yazılar