ABŞ-da vitse-prezidentin kortejində olan maşına mərmi dəyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ Dəniz Piyadaları Korpusunun 250 illik yubileyinin qeyd olunması zamanı baş verib.
Tədbir zamanı artilleriyadan havaya açılan atəş ərmilərinn biri vaxtından tez partlayıb. Mərminin qəlpələri mərasimdə iştirak edən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin kortejində olan maşının üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Kaliforniya qubernatoru Qeyvin Nyusom hərəkətin sıx olduğu magistral yolun üzərindən artilleriya atəşinin açılmasını “təhlükəli” adlandırıb.
ABŞ vitse-prezidentinin ofisi isə, əksinə, yubiley mərasimin tamamilə təhlükəsizlim tədbirlərinə uyğun olaraq təşkil olunduğunu bildirərək, mərasimin keçirilməsinə haqq qazandırıb.