"Sabah" "Zirə"yə qalib gəldi, "Neftçi" xal itirdi
19 oktyabr 2025 20:40 (UTC +04:00)

"Sabah" "Zirə"yə qalib gəldi, "Neftçi" xal itirdi

0

Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

Lent.az xəbər verir ki, günün ilk oyununda "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.

Digər oyunda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"a 2:1, "Kəpəz" "Şamaxı"ya, "Sumqayıt" "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib, "İmişli" - "Qəbələ" oyununda isə bərabərlik qeydə alınıb - 2:2.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar