Yadigar Muradov, Əməkdar artist
19 oktyabr 2025 19:01 (UTC +04:00)

Yadigar Muradov, Əməkdar artist

Əməkdar artistin son durumu açıqlandı

0

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl atasının bədənində infeksiya yaranmışdı və bu səbəbdən vəziyyəti ağır idi. Hazırda infeksiya aradan qaldırılıb:

“İnfeksiyaya görə temperaturu yüksək idi, artıq temperatur normallaşıb. Hazırda vəziyyəti daha yaxşıdır. Tam sağaldıqdan sonra əməliyyat aparılacaq”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar