Dünyanın ən tənha  paytaxtı: heç sakini yoxdur
18 oktyabr 2025 18:28 (UTC +04:00)

Dünyanın ən tənha paytaxtı: heç sakini yoxdur

0

Bu ölkənin paytaxtının tikintisinə 200 milyon dollar xərclənib. Amma iyirmi ilə yaxın vaxt keçsə də, ora bir nəfər belə sakin cəlb etmək mümkün olmayıb. Burada cəmi üç bina var, lakin heç kim yaşamır. Şəhər Sakit okeandakı gözəl bir adada sıx cəngəlliklər və təpələr arasında yerləşir.

Lent.az xəbər verir ki, söhbət Mikroneziyanın ada dövləti olan Palaunun paytaxtı Ngerulmud-dan gedir. Burada dövlət idarəetmə kompleksi 2006-cı ildə inşa edilib.

Dövlət qulluqçuları bura adətən Melekeok ştatının yaxın kəndlərindən və ya 12 mil uzaqlıqdakı Koror şəhərindən gəlirlər. Poçt şöbəsi istifadəçi olmadığı üçün məcburən bağlanıb. Paytaxtın ölkənin daxilinə köçürülməsi hökumətin ideyası idi, lakin burada özəl yaşayış evlərinin və kommersiya tikintisinin olmaması səbəbindən maliyyələşdirmə çox baha başa gəlib. Buna görə də şəhərə yeni sakinlər gəlməyib.

Palau dövlətində ümumilikdə 20 minə qədər əhali yaşayır, onların təxminən 70%-i Kororda məskunlaşıb. Çünki orada restoranlar, məktəblər və mağazalar fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar