Rusiyada "Qanunsuz-2025" ƏMƏLİYYATI:  33 nəfər ölkədən QOVULDU
18 oktyabr 2025 12:25 (UTC +04:00)

Rusiyada "Qanunsuz-2025" ƏMƏLİYYATI: 33 nəfər ölkədən QOVULDU

0

Rusiyanın Altay diyarında polis əməkdaşları qanunsuz miqrasiyanın qarşısının alınması üçün reyd keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, “Qanunsuz-2025” əməliyyatı çərçivəsində təxminən 100 əcnəbi yoxlanılıb.

Yoxlamalar Kulundin rayonunda avtobusda keçirilib. Sərnişinlər arasında Rusiyada qanunsuz qalan 33 miqrant aşkarlanıb. Qaydaları pozanlar barəsində inzibati protokollar tərtib edilib. Elə həmin gün bütün miqrantlar ölkədən çıxarılıb.

Bundan əlavə, reydlər xarici işçilərin kütləvi şəkildə yaşadığı yerlərdə də keçirilib. Qaydaları pozanlar aşkarlanıb. Həm qeyri-qanuni miqrantlar, həm də yaşayış üçün yer təmin edən ev sahibləri məsuliyyətə cəlb edilib. Bir əcnəbinin isə ölkəyə girişi 2030-cu ilə qədər qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar