Bu məşhurlarda narkotik izləri tapıldı - SİYAHI
17 oktyabr 2025 22:20 (UTC +04:00)

Bu məşhurlarda narkotik izləri tapıldı - SİYAHI

0

Ötən həftə türkiyəli məşhurlardan götürülən tibbi analizlərin nəticələri açıqlanıb. 

Lent.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Nəticələrə əsasən, Dilan Polat, Derin Dalu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın orqanizmində narkotik maddə izlərinə rastlanıb.

Onlardan bəzilərinin saçında kokain, digərlərinin qanında isə THC-COOH adlı maddə müəyyən edilib.

Məlumata görə, Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salinin qanında yalnız həkim resepti ilə istifadə edilən dərmanların təsiri aşkarlanıb.

Orqanizmində hər hansı narkotik maddə tapılmayan məşhurlar arasında Hadise, Demet Evgar, Duyğu Özaslan, Zeynəb Aral, Ceren Moray, Özge Özpirinçci və Mert Yazıcıoğlu yer alıb.

Xatırladaq ki, İstanbulda ötən həftə məşhur simalarla bağlı narkotik əməliyyatına başlanılıb.

Əməliyyatla bağlı istintaqın davam etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar