Əsgər yoldaşını güllələyib intihar etdi
17 oktyabr 2025 13:19 (UTC +04:00)

Əsgər yoldaşını güllələyib intihar etdi

0

Rusiyada müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər yoldaşını güllələyərək intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətində yerləşən hərbi hissələrdən birində baş verib.

Müddətli həqiqi hərbi xidmət keçən əsgər xidmətdə olan müqaviləli hərbçini tabeliyində olan silahla güllələyib. Hadisədən sonra əsgər intihar edib.

Bu məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndələri rəsmi şəkildə təsdiqləyiblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar