Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.
Lent.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında respublikanın rayon və şəhərlərinin polis rəisləri iştirak edir.
Kollegiya bu ilin 9 ayında respublika ərazisində baş verən cinayətlərin müzakirəsinə və təhlilinə həsr olunub.
Kollegiya iclasında həmçinin son günlər respublika ərazisində törədilən ağır cinayət hadisələrinin də müzakirə ediləcəyi bildirilir.