Gəncədə “KAMAZ”  qadını vurdu
16 oktyabr 2025 21:24 (UTC +04:00)

Gəncədə “KAMAZ” qadını vurdu

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KAMAZ” markalı yük maşını yolun kənarında dayanan 1986-cı il təvəllüdlü T. Abdıyevanı vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar