Divarları qüsurlardan xilas edəcək oboy naxışı
16 oktyabr 2025 19:01 (UTC +04:00)

Divarları qüsurlardan xilas edəcək oboy naxışı

0

Bəzən təmir gözəllik naminə deyil, divar qüsurları ilə mübarizə üçün aparılır. Kiçik bir nahamarlıq belə ümumi interyer təsirini poza bilər. Amma dizaynerlərə görə, düzgün seçilmiş oboy naxışı bu problemi vizual olaraq gizlədə bilər.

Lent.az bu naxışları təqdim edir:

İnsan gözü və “vizual illüziya” effekti

İnsan gözü naxış və teksturaları fərqli qavrayır. Məhz buna görə bəzi oboylar divarları daha hamar göstərir, digərləri isə əksinə qüsurları qabardır.

Kiçik naxışlar  “vizual səs-küy” effekti

Dizaynerlərin fikrincə, xırda printlər (kiçik naxışlar) məsələn, çiçək motivləri, xırda nöqtələr və ya incə geometrik xətlər divarlarda “vizual səs-küy” yaradır. Bu, baxışları nizamlayır və nə kölgə, nə də nahamarlıq gözə batmır. Belə oboylar divara tekstura və dərinlik effekti verir, nəticədə səth daha hamar görünür.

Böyük naxışlar - qüsurları vurğulayır

Əksinə, iri rəsmlər və ya kontrastlı ornamentlər divarların geometriyasını ön plana çıxarır. Əgər divar düz deyilsə, böyük print “qırılır” və əyri görünür, bu da bütün qüsurları daha da aydınlaşdırır. Ona görə böyük printlər yalnız mükəmməl hamar divarlarda gözəl görünür.

Rəng seçimi: açıq tonlar və kiçik naxışlar ideal tandem

Açıq tonlar işığı əks etdirir, otağı daha işıqlı və geniş göstərir. Onları kiçik naxışlarla birləşdirmək həm maskalama effektini artırır, həm də interyerə yüngüllük qatır. Qaranlıq oboylar və iri printlər isə əksinə, qüsurları qabarda bilər.

Kəskin kontrastlardan uzaq durun

Dizaynerlər kəskin rəng keçidlərindən və ziddiyyətli naxışlardan qaçmağı məsləhət görürlər. Çünki belə kontrastlar baxışı cəmləyir və divardakı hər nöqtəni daha nəzərəçarpan edir. Əvəzində yumşaq, axıcı rəng keçidləri daha sakit və harmonik görüntü yaradır.

Şaquli zolaqlar ehtiyatla istifadə edin

Şaquli zolaqlı oboylar otağı vizual olaraq “uzada” bilər, amma divar düz deyilsə, zolaqlar əyilmiş kimi görünəcək. Bu halda effekti itirərsiniz, ona görə belə oboylardan yalnız hamar səthlərdə istifadə etmək məsləhətdir. Əgər divarlarınızda qüsurlar varsa, kiçik, açıq tonlu və sakit naxışlı oboylar seçin. Belə seçim sizə həm daha səliqəli görünüş, həm də divarları əlavə hamarlamadan qənaət imkanı verəcək bu isə təmir büdcəsinə də xeyirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar