Rusiyanın Sankt-Peterburq şəhərində mənzildən iki nəfərin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların ölümü spirtli içki ilə narkotik maddələrin qarışığından zəhərlənmə nəticəsində baş verib.
Məlumata görə, mənzildə həmçinin Murmansk sakini olan bir qadın da olub və o da süfrə başında iştirak edib. Ölən oğlanın 25 yaşı olub. Onunla birgə ölən sevgilisi barədə məlumat verilməyib.
Qeyd olunur ki, gənclər spirtli içkiləri narkotik maddələrlə qarışdırıblar. Hadisə ilə bağlı araşdırma aparılır.