Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı
16 oktyabr 2025 11:56 (UTC +04:00)

Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

0

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin məhkəməsi, Novıy Urenqoy sakininə sui-qəsd etməyə cəhd göstərən iki azərbaycanlının avtomobilini müsadirə edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, maşın cinayət aləti hesab edildiyi üçün məhkəmə onu dövlət mülkiyyətinə keçirib. Lakin, məhkəmə hökm çıxararkən bu hal əvvəlcə nəzərə alınmayıb.

Qeyd olunur ki, birinci instansiya məhkəməsi avtomobilləri müsadirə etməyib. Buna görə, prokurorluq məhkəməyə apellyasiya şikayəti təqdim edib. Hər iki azərbaycanlı mayın 7-də Novıy Urenqoy məhkəməsinin hökmü ilə 11 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2024-cü ilin iyununda baş verib. İki azərbaycanlı Novıy Urenqoy sakininə hücum edib. Əvvəlcə onu avtomobillə vurublar, daha sonra isə bıçaqla qarın nahiyəsinə zərbə endiriblər. Zərərçəkmiş vaxtında tibb müəssisəsinə çatdırıldığı üçün xilas olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar