Hollivud aktyorları Tom Kruz və Ana de Armas doqquz ay sevgili olduqdan sonra ayrılıblar.
Lent.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Qeyd olunub ki, aktyorlar birlikdə işləməyə davam edəcəklər. Ana de Armas artıq Tom Kruzun növbəti filmində rol üçün təsdiqlənib.
Qeyd edək ki, Tom Kruz və Ana de Armas arasında şayiələr ilk dəfə fevral ayında yayılmışdı. Cütlük Sevgililər Günündə obyektivlərə tuş gəlmiş, may ayının əvvəlində isə Londonda görüntülənmişdi.