İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu barəsində “prokurorlara qarşı təhqir” ittihamı ilə açılan cinayət işi məhkəmə başlamadan bağlanıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, İmamoğlunun vəkilləri təhqir maddəsi üzrə qanunda nəzərdə tutulan önödəməni həyata keçirib.
Bununla da, da işin icraatına ehtiyac qalmayıb.
Qeyd edək ki, İmamoğluna martın 23-də, verdiyi ifadə zamanı prokurorlara münasibətinə görə iddia qaldırılmışdı. Onun barəsində “vəzifəli şəxsə vəzifəsi ilə əlaqədar təhqir” maddəsi üzrə 4 il 1 aya qədər həbs və siyasi fəaliyyət yasağı tələb edilən iddianamə hazırlanmışdı. İlk məhkəmə iclasının 22 oktyabrda keçirilməsi planlaşdırılırdı.