Soyuducusu olan telefon - Dünyada ilk   - VİDEO
18 oktyabr 2025 16:43 (UTC +04:00)

Soyuducusu olan telefon - Dünyada ilk - VİDEO

0

Red Magic 11 Pro həm hava, həm də su ilə soyudulan ilk oyun flaqmanlarından biri kimi təqdim edilib və 8000 mA saatlıq batareya ilə təchiz olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Çində baş tutan təqdimatda Nubia şirkəti yeni Red Magic 11 Pro modelini nümayiş etdirib. Cihaz kəsiksiz ön panel dizaynına və rəqiblərdə analoqu olmayan unikal soyutma sisteminə sahibdir.

İkili soyutma sistemi

Smartfonda hava və su soyutması eyni anda tətbiq olunur. Sistemdə xüsusi server dərəcəli soyuducu maye mikrokeramik nasos (80 mVt) vasitəsilə dövr edir. Bundan əlavə, rekord göstəriciyə malik 24 000 dövr/dəq sürətlə fırlanan daxili fan istifadə edilir.

Şirkətin qeyd etdiyinə görə, “ikiqat istilik yolu” texnologiyası çipdən istiliyi iki müstəqil kanal vasitəsilə ötürür. Bu, soyutma effektivliyini 120% artırır və cihazın temperaturunu orta hesabla 6°C aşağı salır.

Texniki göstəricilər

6,85 düymlük 1,5K OLED ekran, 144 Hz tezlik, snapdragon 8 Elite Gen 5 prosessoru, 24 GB-a qədər LPDDR5T RAM, iki 50 MP moduldan ibarət əsas kamera və 8000 mA·saat batareya və 120 Vt sürətli şarj.

Bu günə qədər flaqman seqmentində belə böyük tutumlu batareya nadirdir və Red Magic 11 Pro bu sahədə rekord qırır.

Qiymət

12+256 GB baza versiyası - 700 dollar

24 GB + 1 TB top versiya - 1100 dollar

Hazırda Snapdragon 8 Elite Gen 5 çipləri ilə bazarda cəmi iki model var: Red Magic 11 Pro və Xiaomi 17. İl sonuna qədər yeni modellərin siyahısı genişlənəcək. Samsung-un Galaxy S26 Ultra modeli isə bu çipin fərdi (custom) versiyasını 4,74 GHz rekord tezliklə istifadə edəcək.

Red Magic 11 Pro

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar