Varşava–Daşkənd marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş etdi
17 oktyabr 2025 23:25 (UTC +04:00)

Varşava–Daşkənd marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş etdi

0

17 oktyabr tarixində “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

lent.az xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.

Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 227

Oxşar yazılar