“Barselona”nın hücumçusu zədələndi: oyunu buraxacaq
17 oktyabr 2025 16:38 (UTC +04:00)

“Barselona”nın hücumçusu zədələndi: oyunu buraxacaq

0

“Barselona”nın hücumçusu Ferran Torres İspaniya millisinin düşərgəsində zədə alıb.

Lent.az xəbər verir ki, futbolçu zədə səbəbindən ölkə çempionatının 9-cu turunda “Girona”ya qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək. 

Klubun açıqlamasında bildirilir ki, baza heyətinin oyunçusu Ferran Torres milli oyunlar fasiləsi zamanı sol ayağının dizaltı vətərindəki gərginlik səbəbindən narahatlıq hiss edib. Ehtiyat tədbiri olaraq o, sabah “Girona” ilə keçiriləcək oyunu buraxacaq.

Qeyd edək ki, 25 yaşlı Torres cari mövsümdə 10 oyunda 5 qol vurub və 1 qol ötürməsi edib.

“Barselona” hazırda La Liqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb və “Real”dan iki xal geridə qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar