Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış olublar
17 oktyabr 2025 11:07 (UTC +04:00)

Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış olublar

0

“Azərsun Holdinq” jurnalistlər üçün Qafqaz Konserv zavoduna media tur təşkil edib.

Jurnalistləri qarşılayan zavod direktoru Famil Qeybullayev istehsal prosesinin bütün mərhələləri barədə qonaqları məlumatlandırıb. O qeyd edib ki, zavod keyfiyyətli məhsulları ilə ölkənin ərzaq təminatında vacib rol oynayır: “Qafqaz Konserv zavodu təkcə keyfiyyətli istehsal məhsulları ilə yox, həm də regionun iqtisadi və sosial həyatında oynadığı müsbət rolla fərqlənir. Zavodun əsas fəaliyyət istiqamətlərindən biri də yerli meyvə yetişdiriciləri ilə sıx və uzunmüddətli əməkdaşlıqdır. Bunun sayəsində fermerlər və bağ sahibləri məhsullarını sabit və sərfəli qiymətə satmaq imkanı əldə edir, bu da onların gəlir mənbəyini möhkəmləndirir və kənd təsərrüfatının inkişafına təkan verir”.

Daha sonra  məhsullardan söhbət açan Famil Qeybullayev  limonadların xüsusilə gənc nəsil tərəfindən bəyənildiyini, müsbət qarşılandığını vurğulayıb: ““Coolmix” və “Qaf” markaları 2023-cü ilin iyun ayında ilk dəfə olaraq şüşə qablaşdırmada bazara çıxarılıb. “Coolmix” markası limonad kateqoriyasında ənənəvi içki imicindən uzaqlaşaraq, daha müasir və dinamik tərzi ilə gənc istehlakçı auditoriyasının seçiminə çevrilməyi hədəfləyib. “Qaf” markası isə Xaçmaz rayonunun təbii bulaq qaynaqlarından əldə edilən, minerallarla zəngin suyu şüşə qablaşdırmada istehlakçılara təqdim edib. 2025-ci ilin iyul ayında “Qaf” markası 200 ml-lik şüşə qablaşdırmada meyvə aromalı çeşidlərini də bazara çıxarıb bu yenilik istehlakçılar tərəfindən müsbət qarşılanıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar