Rusiyada daha bir  azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU
17 oktyabr 2025 11:36 (UTC +04:00)

Rusiyada daha bir azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU

0

Rusiyanın Smolensk vilayətində yaşayan tanınmış iş adamı, Smolenskdəki azərbaycanlı icmasının sədri Faiq Əliyev korrupsiya maddəsi ilə ittiham olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Prestij” restoran–otel kompleksinin sahibi və baş direktoru olan Faiq Zəkiroviç Əliyev rüşvət verdiyi üçün məsuliyyətə cəlb edilib.

Məhkəmənin qərarına əsasən, sahibkar və ictimai xadim, həmçinin “Azərbaycan Milli-Mədəni Mərkəzi”nin rəhbəri olan Faiq Əliyev barəsində 4 il müddətinə ciddi rejimli islah müəssisəsində cəza təyin olunub. Bundan əlavə, o, rüşvətin məbləğinin 10 qatına bərabər, 8 milyon 465 min rubl məbləğində cərimə ödəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar