Fatih Ürek arıqlama iynəsinə görə infarkt keçirtdi
17 oktyabr 2025 11:06 (UTC +04:00)

Fatih Ürek arıqlama iynəsinə görə infarkt keçirtdi

0

Sənətçi Fatih Ürek iki gün əvvəl evində ürək tutması keçirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ürekin həkimi professor Mehmet Vefik Yazıcıoğlu dünən belə açıqlama verib:

“Evində qəfil halı pisləşib. Təcili yardım gələndə ürəyi dayanıb. Ürək masajı 20 dəqiqə davam edib. Xəstəxanaya gətiriləndə entübe vəziyyətdə idi. Dərhal tıxanmış damarını açmaq üçün müdaxilə etdik. 2 il əvvəl də bir stent əməliyyatı keçirmişdi. Böyük ehtimalla qan durulaşdırıcı dərmanını düzgün qəbul etməyib. Damarını açdıq, ürəklə bağlı problemi qalmadı. Amma beynin oksigensiz qalıb-qalmadığı barədə şübhələrimiz var. Hazırda onu yatızdırırıq".

Professor Yazıcıoğlu “Siz iflic riskindənmi şübhələnirsiniz?” sualına belə cavab verib:

“Ürək dayandıqda 3 dəqiqədən sonra beyində problemlər yarana bilər. Amma bu müddət 20 dəqiqə belə olsa, yaxşı ürək masajı edilərsə, beynin oksigenlə təminatı bərpa oluna bilər və insan problemsiz şəkildə ayıla bilər. Ümidimiz bu yöndədir. Hal-hazırda ürək və ritmlə bağlı həyati təhlükəsi yoxdur. Beyin funksiyalarının bərpasını səbirli şəkildə gözləyəcəyik". Digər tərəfdən, Fatih Ürek barədə diqqətçəkən bir iddia irəli sürülüb. Bildirilir ki, sənətçi arıqlama iynəsi istifadə edib və bu da ürək tutmasına səbəb ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar