Maliyyə Nazirliyinin mühasibi sərxoş olub parkda yatdı:  3 minlik telefonu OĞURLANDI
17 oktyabr 2025 17:20 (UTC +04:00)

Maliyyə Nazirliyinin mühasibi sərxoş olub parkda yatdı: 3 minlik telefonu OĞURLANDI

2

Bakıda məmur küçədə qarət olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda “Bershka” mağazasının yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq “iPhone 14 pro max” markalı telefonunu, həmçinin arxa cibindən 100 manat pulu götürüb.

Zərərçəkənin sözlərinə görə, oğurlanan telefonun içərisində məxfi sənədlər olub və bu hadisəyə görə ona töhmət verilib.

Təqsirləndirilən şəxs isə bildirib ki, oğurladığı 3000 manatlıq “iPhone”u “20 Yanvar” metrostansiyası yaxınlığında 300 manata satıb.

Faktla bağlı Malik Əsədov barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq zərərçəkmişin cibindən, üzərindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla götürüldükdə) maddəsi ilə cinayət işi açılıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda verilən qərara əsasən təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1058

Oxşar yazılar