Məşhur keçəlin yeni imici
17 oktyabr 2025 13:57 (UTC +04:00)

Məşhur keçəlin yeni imici

0

Türkiyəli aktyor Erkan Avcı “Yankı” serialı üçün imicini tamamilə dəyişib.

Lent.az xəbər verir ki, uzun saqqallarını kəsdirən sənətçi, protez saç taxdıraraq tamaşaçıların qarşısına fərqli bir görünüşlə çıxmaq qərarına gəlib.

Aktyor ötən gün yaxın dostları Selen Öztürk və Zeynep Bozkaya ilə Nişantaşında görüntülənib. Mətbuat nümayəndələrinin suallarını cavablandıran aktyor zarafatla deyib: “Normalda keçələm, amma bu da gözəl oldu, xoşum gəldi. Xarakter üçün maraqlı bir dəyişiklikdir. Biz xoşbəxtik, öyrəşməyə çalışıram.”

Jurnalistlərin “Layihədən sonra bu imici qoruyacaqsınızmı?” sualına isə aktyor gülümsəyərək, “Yox, mən keçələm, bu sadəcə obraz üçün idi”, cavabını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar