Heyvan başqasına zərər vurursa, sahibi ödəməyə borcludur? - CAVAB
17 oktyabr 2025 19:15 (UTC +04:00)

Heyvan başqasına zərər vurursa, sahibi ödəməyə borcludur? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual heyvanın başqasına vurduğu zərərlə bağlıdır.

Heyvan başqasına zərər vurarsa, sahibi ödəməlidir?

Lent.az xəbər verir ki, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:

“Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar