Böyüklərə maraqlı – ChatGPT-də yeni xüsusiyyət gəlir
18 oktyabr 2025 08:15 (UTC +04:00)

Böyüklərə maraqlı – ChatGPT-də yeni xüsusiyyət gəlir

0

“OpenAI”, ChatGPT-nin gələcək versiyalarında istifadəçi təcrübəsini daha insana bənzəyən yeni funksiyalar təqdim etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, məlumata görə şirkətin baş direktoru Sam Altman böyüklərə sürpriz edib.

Altman, platformanın erotik məzmuna icazə verəcəyi yeni bir dövrə işarə edərək, yetkin istifadəçilərə böyüklər kimi davranacağıq deyib.

Dəyişikliyin yaş yoxlama sistemi ilə birlikdə dekabr ayında həyata keçiriləcəyini bildirib.

O, bu addımın istifadəçilərə daha təbii qarşılıqlı əlaqə təmin etmək məqsədi daşıdığını vurğulayıb.

Bu, ChatGPT-ə şəxsiyyəti təsdiqlədikdən sonra istifadəçilərə açıq-saçıq cinsi söhbətlərdə iştirak etməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar