Bakıda idman zalında ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu N.Tusi küçəsində yerləşən idman zalında baş verib.
Burada məşq edən Bakı şəhər sakini 35 yaşlı Tural Yaşar oğlu Tapdıqzadə qəfil insult keçirib. O, insult diaqnozu ilə xəstəxanaya aparılarkən Nərimanov rayonu Təbriz küçəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, T. Tapdıqzadə ailəli olub və 4 övladı var. Mərhum sahibkarlıqla məşğul olurmuş.