“Milan” yarımmüdafiəçisi Luka Modriçi itirə bilər. O, oyunçu karyerasını bitirdikdən sonra Madrid “Real”ında məşqçilik fəaliyyətinə başlamaq imkanını nəzərdən keçirir.
Lent.az xəbər verir ki, Modriç 2025-ci ilin yayında keçdiyi “Milan”dakı karyerasından razı deyil.
Bu mövsüm Xorvatiya futbolçusu İtaliya klubunun heyətində 7 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bildirilir ki, mövsüm başa çatdıqdan sonra Modriç məşqçilik lisenziyası alacaq və “Real”ın akademiyalarından birində işləməyə başlayacaq. 40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.