Naxçıvanda  ayı ilə boğuşan   kişi  DANIŞDI
20 oktyabr 2025 12:39 (UTC +04:00)

Naxçıvanda ayı ilə boğuşan kişi DANIŞDI

0

"Can şirindir, ayı üstümə düşdü, onunla boğuşdum".

Lent.az xəbər verir ki, bu sözləri Naxçıvanda ayının hücumuna məruz qalan Məzahir Məmmədov deyib.

O, bildirib ki, Babək rayonu, Yuxarı Buzqov kəndinə oğlu ilə birlikdə zirinc yığmaq üçün gedib:

"Zirinc yığmağa geütmişdik. Gördüm itlər gəlir üstümə. Sən demə, gələn ayı imiş, səs gəldiyini eşitdim, kolluq idi, görmədim. Ancaq qonur rəngdə bir şeyin keçdiyini gördüm. Oğlum məndən təxminən 50 metr aşağıda idi. Dedi ki, sənə tərəf nə isə gəlir. Qabandır, atdır bilmirəm.

Ayının olduğu ağlıma gəlmədi. Gördüm ayıdır, çönüb qaçmaq istədim, ayağım daşa ilişdi, yıxıldım. Ayı üstümə düşdü, can şirindi, başladım boğuşmağa (gülür). İstədi oğluma tərəf getsin, sonra nəsə fikirləşdi, çıxıb getdi. Bir neçə yerdən yara almışam, hazırda vəziyyətim yaxşıdır. Ayıları indi kəndin ətrafında çox görmək mümkündür".

Həkimi Amin İsmayılov xəstənin vəziyyətini açıqlayıb: "Xəstənin gövdə nahiyyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin müdaxilə edilib. Stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, Məzahir Məmmədovun müalicəsi hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatalogiya şöbəsində davam etdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 793

Oxşar yazılar