Musiqi  dərman kimi:   onun ağrıları azaltmaq qabiliyyəti TƏSDİQLƏNDİ
20 oktyabr 2025 14:19 (UTC +04:00)

Musiqi dərman kimi: onun ağrıları azaltmaq qabiliyyəti TƏSDİQLƏNDİ

0

San Dieqoda xəstəxanasında çalışan tibb qardaşı Rod Salasay xəstələrin əməliyyatlardan sonrakı ağrılarla mübarizə apara bilmələri üçün onların zövqünə uyğun melodiyalar ifa edir.

Lent.az xəbər verir ki, onun repertuarında ingilis və ispan dillərində xalq mahnıları, “Menüet sol major” kimi klassik parçalar, eləcə də “Somewhere Over the Rainbow” daxil olmaqla məşhur filmlərdən musiqilər yer alır.

Xəstələr çox vaxt gülümsəyir, ifaya qoşulur və ya ritmə uyğun başlarını tərpədirlər. Salasay müşahidə edir ki, musiqi zamanı nəbz və təzyiq enir, bəziləri isə daha az ağrıkəsici tələb edir. “Xəstəxanada ağrı, narahatlıq və gərginlik bir-birini gücləndirən qapalı çevrə yaradır, musiqi isə bu dövrəni qırmağa yardım edə bilər”, -  o bildirir.

Musiqi terapiyasına maraq son illərdə artsa da, Salasay bu istiqamətdə çalışan yeganə şəxs deyil. Son iki onillikdə elmi tədqiqatlar musiqinin ağrını azaltmaq qabiliyyətini təsdiqlədiyi üçün xəstəxana və klinikalarda canlı ifalar və audio yazılara daha çox yer verilir.

Musiqi diqqəti ağrıdan yayındırır, beynin müxtəlif sahələrini aktivləşdirir və müsbət emosiyalar yaradır.

Mütəxəssislər bildirir ki, bu yalnız diqqət yayındırma deyil, ağrının qavranılmasını dəyişən, narahatlığı və təcrid hissini azaldan bir mexanizmdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar